AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı alim Misirin nüfuzlu “əl-Əxbar” qəzetinə müsahibə verib

  • + A
  • - A
  • Bu gün, 21:01

    Azərbaycanlı alim Misirin nüfuzlu “əl-Əxbar” qəzetinə müsahibə verib


    Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib və iki ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.

    Bu fikirlər Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Misirin nüfuzlu “əl-Əxbar” qəzetinə müsahibəsində yer alır. Yazıda Misir-Azərbaycan əlaqələrinin tarixi, Dostluq Cəmiyyətinin və Misirdə Azərbaycan diasporunun fəaliyyəti barədə danışılır.

    Müsahibədə vurğulanır ki, Azərbaycan və Misir arasında qarşılıqlı hörmətə, dostluğa və ortaq maraqlara əsaslanan münasibətlər davamlı şəkildə inkişaf edir. Qeyd olunur ki, iki ölkə arasında enerji, ticarət, investisiya, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

    Misir-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri qeyd edib ki, qloballaşan dünyada xalqlar arasında dialoq və əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə beynəlxalq arenada mühüm rol oynayır.

    Rəhbərlik etdiyi Dostluq Cəmiyyətinin fəaliyyətinə də toxunan Seymur Nəsirov diqqətə çatdırıb ki, əsas hədəf Misir və Azərbaycan xalqları arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməkdir. Hazırda Cəmiyyət nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda dünyanın 61 ölkəsindən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR