AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Qara dənizdəki vəziyyətlə bağlı Rusiya və Ukraynaya təklif göndərib

  • + A
  • - A
  • Dünən, 20:38

    Türkiyə Qara dənizdəki vəziyyətlə bağlı Rusiya və Ukraynaya təklif göndərib

    Türkiyə Qara dənizdəki vəziyyətlə bağlı Rusiya və Ukraynaya təklif göndərib və tərəflərdən cavab gözləyir.

    Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV-yə verdiyi müsahibədə bildirib.

    Onun sözlərinə görə, hazırkı şərtlər altında hələlik uzunmüddətli nəticə əldə etmək çətindir. Fidan qeyd edib ki, tərəflər qarşılıqlı məhvə səbəb olan müharibəni davam etdirmək, yoxsa hərbi əməliyyatları dayandırmaq üçün məqbul bir məqam tapmaq barədə qərar verməlidirlər.

    "Təklifimizi hər iki tərəfə göndərmişik və cavab gözləyirik. Türkiyənin ilk prioriteti Qara dənizdən taxılın çıxarılmasıdır: "Taxıl, enerji mənbələrindən fərqli olaraq, hər iki ölkə tərəfindən satılan bir məhsuldur".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR