AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Son Zəng" öncəsi DYP-dən avtomobil icarəsi şirkətlərinə xəbərdarlıq

  • + A
  • - A
  • Bu gün, 10:19

    "Son Zəng" öncəsi DYP-dən avtomobil icarəsi şirkətlərinə xəbərdarlıq

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

    Müraciətdə qeyd olunur ki, bəzi hallarda məzunlar və ya sürücülük hüququ olmayan şəxslər əyləncə məqsədilə nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd göstərirlər. DYP bunun həm qanunvericiliyin tələblərinə zidd olduğunu, həm də yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

    İdarə avtomobil icarəsi şirkətlərini sürücülük vəsiqələrinin etibarlılığını, şəxslərin yaşını və nəqliyyat vasitəsini idarə etmək hüququnu diqqətlə yoxlamağa çağırıb. Xüsusilə “Son zəng” tədbirləri ilə əlaqədar məktəblilərə və sürücülük hüququ olmayan şəxslərə avtomobil verilməməsi tövsiyə olunub.

    Bildirilib ki, belə halların aşkarlanması zamanı qanunamüvafiq tədbirlər görüləcək. DYP hesab edir ki, məsuliyyətli yanaşma məzun gününün təhlükəsiz və xoşagəlməz hadisələrsiz keçirilməsinə xidmət edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR