Uzun illərdir Kontakt Home-un korporativ kommunikasiya sahəsində çalışan Vəfa Rüstəmova vəzifəsindən ayrıldığını açıqlayıb.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, aprel ayında həyatının ən dəyərli peşəkar mərhələlərindən birini geridə qoyaraq şirkətlə yollarını ayırıb.
Vəfa Rüstəmova qeyd edib ki, Kontakt Home-da keçirdiyi 7 il ərzində həm peşəkar, həm də şəxsi baxımdan mühüm təcrübələr qazanıb. Onun sözlərinə görə, bu müddətdə şirkətin rebrendinq prosesində iştirak edib, yeni brendlərin yaradılması, onların imicinin və kommunikasiya strategiyasının formalaşdırılması istiqamətində çalışıb.
Rüstəmova vurğulayıb ki, müxtəlif imic layihələri, sosial məsuliyyət təşəbbüsləri və marketinq kampaniyalarının həyata keçirilməsində komanda ilə birlikdə mühüm işlərə imza atıblar. O, xüsusilə krizis kommunikasiya proseslərinin ona çevik qərarvermə, soyuqqanlılıq və komanda məsuliyyətinin əhəmiyyətini öyrətdiyini qeyd edib.
“Geriyə baxanda bu işlərin hər birini böyük qürur və minnətdarlıq hissi ilə xatırlayıram”, – deyə o paylaşımında bildirib.
Vəfa Rüstəmova əlavə edib ki, Kontakt Home onun üçün sadəcə iş yeri deyil, böyüdüyü, öyrəndiyi və özünü böyük bir ailənin üzvü kimi hiss etdiyi məkan olub. O, bu illər ərzində birlikdə çalışdığı rəhbərlərə və komanda yoldaşlarına təşəkkürünü ifadə edib.
Keçmiş əməkdaş sonda artıq karyerasında kommunikasiyaların fərqli bir istiqamətinə doğru addımladığını da açıqlayıb. Lakin yeni fəaliyyət ünvanı barədə hələlik məlumat verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.