AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mamoy Mansurov:ULU ÖNDƏR XALQI BÖLÜNMƏKDƏN XİLAS ETDİ

  • + A
  • - A
  • Bu gün, 09:29

    Mamoy Mansurov:ULU ÖNDƏR XALQI BÖLÜNMƏKDƏN XİLAS ETDİ

    Mamoy Mansurov,
    Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


    Azərbaycanın müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Onun həyat və fəaliyyətinin əsas məqsədi Azərbaycan dövlətçiliyinin qorunması, xalqın rifahının yüksəldilməsi və müstəqil dövlətimizin inkişafı olmuşdur. Heydər Əliyev bütün siyasi fəaliyyəti boyunca xalqa verdiyi sözə, dövlət qarşısında götürdüyü məsuliyyətə və öz andına daim sadiq qalmışdır.
    1993-cü ildə Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi. Ölkədə anarxiya hökm sürür, dövlətçiliyimiz ciddi təhlükə qarşısında qalırdı. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyətin ağırlığını öz üzərinə götürdü və Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.
    Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərkən bildirmişdi ki, həyatının bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycanın müstəqil dövlət kimi inkişafına həsr edəcəkdir. Sonrakı illər onun bu vədinə necə sadiq qaldığını bütün dünyaya göstərdi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi, qanunçuluq bərpa edildi və Azərbaycan inkişaf yoluna qədəm qoydu.
    Ümummilli Liderin andına sədaqətinin ən parlaq nümunələrindən biri də Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutması idi. O, ən mürəkkəb geosiyasi şəraitdə belə dövlətimizin müstəqilliyini qorudu, ölkəmizin beynəlxalq nüfuzunu yüksəltdi və Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə çevirdi. “Əsrin müqaviləsi”nin imzalanması, xarici siyasətdə balanslı kursun müəyyənləşdirilməsi, ordu quruculuğunun əsaslarının yaradılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi onun xalq qarşısında verdiyi sözə sadiqliyinin real təzahürü idi.
    Heydər Əliyev yalnız öz dövrünün deyil, gələcək nəsillərin də inkişafını düşünən lider idi. Onun müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Ulu Öndərin əsasını qoyduğu güclü dövlətçilik siyasətinin nəticəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR