Vətəndaş Arif Rəhimli "World Telecom" mağazasından aldığı "Apple Watch"la bağlı narazılığını ictimailəşdirib. Onun sözlərinə görə, zəmanətli şəkildə alınan saat cəmi bir neçə ay sonra kənar hissələrindən rəng atmağa başlayıb.
Arif Rəhimli bildirib ki, məhsul servisə təqdim edilib və qüsur müşahidə olunsa da, diaqnostikadan sonra zəmanət tətbiq edilməyib. Əvəzində isə təxminən 800 manata alınmış saatın dəyişdirilməsi üçün 1068 manat ödəniş tələb olunub.
Onun sözlərinə görə, bu yanaşma zəmanət anlayışını formal xarakterə çevirir və satışdan sonrakı xidmətin keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Rəhimli qeyd edib ki, məhsul alarkən təkcə qiymətə və brendə deyil, satıcının zəmanət öhdəliyinə necə yanaşdığına da diqqət yetirilməlidir.
Qeyd edək ki, bu iddialar Arif Rəhimli tərəfindən səsləndirilib. "World Telecom" məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
https://www.facebook.com/share/18hkyvpKw7/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.