Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.
Belə ki, yaxınlıqda yerüstü piyada keçidinin olmasına baxmayaraq onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə cəhd göstərən piyadanı yol polisi saxlayıb və onunla maarifləndirici söhbətlər aparıb.
Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.