AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ANAMA: Bir həftədə 113 mina və 514 partlamamış sursat zərərsizləşdirilib

  • + A
  • - A
  • Bu gün, 13:55

    ANAMA: Bir həftədə 113 mina və 514 partlamamış sursat zərərsizləşdirilib

    Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə işləri davam edir. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, 16–21 iyun tarixlərində həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 1 710,16 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

    Bir həftə ərzində mütəxəssislər 29 ədəd tank əleyhinə mina, 84 ədəd piyada əleyhinə mina və 514 ədəd partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdiriblər.

    Mina təmizləmə əməliyyatları ANAMA ilə yanaşı, Azərbaycan Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və dörd özəl şirkətin birgə iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR