AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ şəffaflıq, koordinasiya ilə yanaşı vətəndaş cəmiyyətinə dəstəyi gücləndirəcək

  • + A
  • - A
  • Bu gün, 20:11

    QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ şəffaflıq, koordinasiya ilə yanaşı vətəndaş cəmiyyətinə dəstəyi gücləndirəcək


    Elnurə Abuşova,
    Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri


    Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar qeyri-hökumət təşkilatlarının dövlət qurumları tərəfindən maliyyələşdirilməsi mexanizmini daha sistemli və şəffaf formaya gətirir. Sənədlə qısa tanışlıqda ilk növbədə gəldiyim qənaət bu oldu ki, yeni qanun dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə, eyni layihələrin təkrarlanmasının qarşısının alınmasına, bürokratik əngəllərin aradan qalxmasına və QHT-lərin fəaliyyətinin vahid koordinasiya əsasında qurulmasına xidmət edir.

    Yeni mexanizmin əsas üstünlüklərindən biri "bir pəncərə" prinsipinin tətbiqidir. Bundan sonra dövlət qurumları maliyyələşdirmə planlarını əvvəlcədən QHT Agentliyinə təqdim edəcək, Agentlik isə həmin məlumatları təhlil edərək layihələrin dövlət siyasətinin prioritetlərinə uyğunluğunu qiymətləndirəcək. Bu yanaşma müxtəlif qurumların eyni istiqamətdə paralel maliyyələşdirmə aparmasının qarşısını alacaq, resursların daha məqsədyönlü bölüşdürülməsini təmin edəcək.

    Əvvəlki dövrlərdə müxtəlif dövlət qurumlarının ayrı-ayrılıqda müsabiqələr elan etməsi, fərqli prosedurlar tətbiq etməsi və əlaqələndirmənin zəif olması həm QHT-lər, həm də donor qurumlar üçün müəyyən bürokratik çətinliklər yaradırdı. Yeni qaydalar isə vahid elektron sistem, ümumi ekspertiza və koordinasiya mexanizmi hesabına bu prosesləri sadələşdirir və qərarların daha operativ qəbul edilməsinə imkan verir.

    Eyni zamanda, donor qurumlar layihələrin maliyyələşdirilməsi barədə yekun qərarı özləri qəbul etsələr də, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəyi prosesin daha obyektiv və peşəkar qiymətləndirilməsinə əlavə zəmanət yaradır. Bu da həm şəffaflığı artırır, həm də ictimai etimadı gücləndirəcək.

    Qaydalar yalnız dövlət qeydiyyatından keçmiş QHT-lərin maliyyələşdirilməsini nəzərdə tutur ki, bu da hüquqi məsuliyyətin və maliyyə intizamının güclənməsinə xidmət edir. Ayrılan vəsaitlərin yalnız bank hesabları vasitəsilə köçürülməsi isə maliyyə dövriyyəsinin tam nəzarətdə saxlanılmasına imkan verəcək.

    Bu dəyişikliklər Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafına verdiyi davamlı dəstəyin növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısı müxtəlif çıxışlarında dəfələrlə vurğulayıb ki, güclü vətəndaş cəmiyyəti dövlətin inkişafında mühüm tərəfdaşdır. Son illərdə QHT-lərin fəaliyyət imkanlarının genişləndirilməsi, onların dövlət proqramlarında iştirakının artırılması və maliyyə dəstəyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar da bu siyasətin tərkib hissəsidir.

    Yeni qaydaların tətbiqi ilə QHT sektorunda daha sağlam rəqabətin formalaşacağı, layihələrin keyfiyyətinin yüksələcəyi, dövlət və ictimai sektor arasında əməkdaşlığın daha da möhkəmlənəcəyi gözlənilir. Bu isə nəticə etibarilə cəmiyyət üçün daha faydalı təşəbbüslərin həyata keçirilməsinə, dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı etimadın daha da güclənməsinə şərait yaradacaq. Hər birimizə xeyirli olsun!

    #qht #ngo #ausdib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR