İranın Ali Rəhbəri Əli Xamenei ilə vida və dəfn mərasimində ümumilikdə 67 min hərbçi və könüllü iştirak edəcək.
Məlumata görə, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, mərasimin təşkili və müşayiəti üçün cəlb edilən şəxslərin 37 mini humanitar xidmət əməkdaşları və könüllülər, 30 mini isə hərbi qulluqçulardır.
Rəsmi açıqlamaya əsasən, mərasimdə iştirak edəcək hərbçilər və könüllülər üçün ölkənin 10-dan çox vilayətində 2 milyondan artıq müvəqqəti yerləşdirmə məntəqəsi hazırlanıb.
Qeyd edək ki, İran hakimiyyəti Xameneinin dəfn mərasimini ölkə tarixinin ən böyük dövlət vida mərasimlərindən biri kimi təşkil etməyə hazırlaşır. Mərasimlərin bir neçə gün davam etməsi və müxtəlif şəhərlərdə keçirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.