AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Polisi dövlətçiliyin, sabitliyin və vətəndaş təhlükəsizliyinin etibarlı dayağıdlr

  • + A
  • - A
  • Bu gün, 12:33

    Azərbaycan Polisi dövlətçiliyin, sabitliyin və vətəndaş təhlükəsizliyinin etibarlı dayağıdlr


    Elnurə Abuşova,
    Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri


    Hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu əlamətdar tarix təkcə hüquq-mühafizə orqanlarının peşə bayramı deyil, həm də dövlətçiliyin keşiyində dayanan, qanunun aliliyini, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin edən polis əməkdaşlarının fədakar xidmətinə verilən yüksək qiymətin ifadəsidir.

    Bu münasibətlə bütün Azərbaycan polisi əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıram.

    Polis olmaq sadəcə peşə deyil, böyük məsuliyyət, fədakarlıq və Vətənə sədaqətdir. İnsanlar ailələri ilə bayram etdiyi, istirahət etdiyi günlərdə də polis əməkdaşları xidmətdə olur. Qışın sərt şaxtasında, qarında, yağışında, yayın dözülməz istisində onlar gecə-gündüz küçələrdə, magistral yollarda, şəhər və rayonlarda ictimai təhlükəsizliyin keşiyini çəkirlər. Onların yorulmaz xidməti sayəsində minlərlə insan özünü təhlükəsiz hiss edir, ölkədə sabitlik və asayiş qorunur.

    Yollarda fasiləsiz xidmət aparan polis əməkdaşlarının operativ fəaliyyəti dəfələrlə ağır xəstələrin vaxtında xəstəxanaya çatdırılmasına, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına, insanların həyatının xilas edilməsinə səbəb olub. Bu, bəzən statistik rəqəmlərdə görünməsə də, minlərlə ailənin yaddaşında minnətdarlıq hissi ilə yaşayan xidmət nümunələridir.

    Bir media nümayəndəsi və bir ana kimi bunu xüsusi qeyd etmək istəyirəm. İllərdir ezamiyyətlərdə olarkən övladımı evdə rahatlıqla tək qoya bilmişəmsə, bunun əsas səbəblərindən biri ölkəmizdə hökm sürən sabitlik və təhlükəsizlik mühitidir. Mənim kimi minlərlə ailə Azərbaycan polisinə güvənərək gündəlik həyatını, işini və fəaliyyətini davam etdirir. Bu etimad isə təsadüfi yaranmır – illərin zəhməti, məsuliyyəti və vicdanlı xidməti nəticəsində formalaşır.

    Dövlətin polis əməkdaşlarına göstərdiyi diqqət və qayğı da xüsusi vurğulanmalıdır. Son illər hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, xidmət şəraitinin müasirləşdirilməsi, yeni inzibati binaların istifadəyə verilməsi, ən müasir texnika və avadanlıqlarla təmin olunması, əməkdaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər polis xidmətinin daha da səmərəli təşkilinə mühüm töhfə verib. Güclü dövlət güclü polis institutu ilə daha etibarlı olur və bu istiqamətdə görülən işlər Azərbaycanın təhlükəsizlik sistemini daha da möhkəmləndirib.

    Media ilə əməkdaşlıq sahəsində də Azərbaycan Polisi nümunəvi fəaliyyət göstərir. Daxili İşlər Nazirliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsi jurnalistlər üçün daim açıqdır. Günün istənilən saatında operativ məlumat almaq, baş verən hadisələrlə bağlı rəsmi mövqe öyrənmək mümkündür. Bu, cəmiyyətin düzgün məlumatlandırılması və dezinformasiyanın qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

    Media ilə hüquq-mühafizə orqanları arasında formalaşan qarşılıqlı etimad və peşəkar əməkdaşlıq isə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin yüksək peşəkarlığının, kommunikasiya bacarığının və insanlarla empati qurmaq qabiliyyətinin bariz nümunəsidir.

    Ümumiyyətlə, hər bir qurumun media və ictimaiyyətlə əlaqələr xidməti həmin qurumun güzgüsüdür. Bu sahəyə verilən önəm, əslində, rəhbərliyin cəmiyyətə və mediaya münasibətini göstərir.

    Medianı tərəfdaş kimi qiymətləndirən, açıq kommunikasiya mühitinin formalaşmasına önəm verən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova da xüsusi təşəkkürümü bildirir, onu və Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edirəm.

    Azərbaycan polisi dövlətimizin gücünün, xalqımızın təhlükəsizliyinin və sabitliyimizin əsas sütunlarından biridir. Bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirən bütün polis əməkdaşlarına minnətdarlığımı bildirir, onlara möhkəm cansağlığı, ailə səadəti və xidmətlərində yeni uğurlar arzulayıram.

    Bayramınız mübarək, Azərbaycan polisləri! Dövlətimizin gücü, xalqımızın güvəni daim sizinlə olsun.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR