AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hüseynbala Mirələmovun yeni əsərləri təqdim edildi

  • + A
  • - A
  • Dünən, 15:00

    Hüseynbala Mirələmovun yeni əsərləri təqdim edildi


    Iyulun 1-də yazıçı-dramaturq, texnika elmləri doktoru Hüseynbala Mirələmovun yeni qələmə alıdğı ‘’Ruhum gözlərini yum...’’, ‘’Eşqin rəngləri’’ və ‘’Bəyaz buludlar üstdə’’ kitablarının təqdimat mərasimi keçirildi. Mərasimi giriş sözü ilə açan akademik Nizami Cəfərov Hüseynbala Mirələmovun Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xəttə malik olduğunu qeyd edərək, təqdim edilən yeni əsərlərdə insanın mənəvi aləmi, vicdanı, sevgisinə və həyat qarşısındakı öhdəlikləri ilə bağlı yeni yanaşma tərzi nümayiş etdirdiyini diqqətə çatdırdı. N.Cəfərov onu da vurğuladı ki, hər zaman öz əsərlərində mənəvi dəyərlərə üstünlük verən Hüseynbala Mirələmov bunu daxili mübarizə və həyat seçimləri ilə müayisədə təqdim edir.

    Mərasimdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri Rəşad Məcid, millət vəkilləri Ziyad Səmədzadə, Eldar İbrahimov və digər natiqlər Hüseynbala Mirələmov yaradıcılığının çoxşaxəli iqtiqamətlərindən, mövzu rəngarəngliyindən və vətəndaş mövqeyindən danışdılar. Qeyd edildi ki, Hüseynbala Mirələmovun əsərləri dünyanın 50-dən artıq ölkəsində nəşr edilib, böyük maraqla qarşılanıb. Daha sonra Hüseynbala Mirələmovvun qələmə aldığı son kitablarla bağlı geniş elmi məruzə dinlənildi. Akademik Millin Dram Teatrının aktyoru Kazım Həsənquliyev müəllifin əsərində monoloq ifa etdi. Mərasim təqdim edilən yeni əsərlərin müzakirəsi ilə davam etdi.

    Qeyd edək ki, ‘’Ruhum gözlərini yum...’’ romanı müasir dövrün ən mühüm mövzularından biri olan süni intellekt, texnoloji inkişaf və insanın mənəvi taleyindən bəhs edən fəlsəfi əsərdir.‘’Eşqin rəngləri’’ insan qəlbinin ən incə duyğularının, sevginin müxtəlif çalarlarını və mənəvi kamilləşdirici gücünü əks etdirən psixoloji-fəlsəfi romandır. ‘’Bəyaz buludlar üstdə’’ əsəri isə həyatın mürəkkəb sınaqları və əxlaqi dəyərləri bədii-fəlsəfi müstəvidə əks etdirir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR