Niderland parlamentinin nümayəndələri ilə görüş olub

ATƏT Parlament Assambleyasının illik sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin deputatı Sevinc Fətəliyeva Niderland parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri ilə görüş keçirib.
Deputat bu barədə sosial media hesabında məlumat verib.
Bildirilib ki, görüş zamanı parlamentlərarası dialoqun inkişafı, beynəlxalq gündəmdə yer alan aktual məsələlər, eləcə də ATƏT çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sevinc Fətəliyeva görüşün qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və parlamentlərarası əlaqələrin inkişafı baxımından əhəmiyyət daşıdığını qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.