AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Professor yazır: Kəlbəcərdən Göyçəyə uzanan yol

  • + A
  • - A
  • Dünən, 11:30

    Professor yazır: Kəlbəcərdən Göyçəyə uzanan yol

    Vaqif Abdullayev Siyasi elmlər doktoru professor sabiq deputat

    Hörmətli izləyicilərim, ötən günlərdə Qarabağa səfərimdən bəzi paylaşmalar etmişdim. Özümə borc bildim Kəlbəcərə və ordan qısa məsafədə yerləşən Göyçə dağlarına da baş çəkim, kəndimizi uzaqnda da olsa görüm.

    Zirvəzinə baş əydiyimiz, pənahgahımız olan Göyçənin dağlarını seyr etdik...

    Uzaqdan da olsa erməni vəhşiliyinə viran qalmış qəlbimizin göynərtisi Aşağı Şorca kəndimizi gördük, görüşdük, həsrətlə bağrına sarıldım Ana yurdumun...

    ... Təəssüf ki kəndimizin üstünü qara buludlar aldığından çəkiliş də də aydın görünmürdü...
    Çox şükürlər olsun ki, Göyçə yurdumun ətrini hiss elədik, ətrini qoxuladıq…

    ... Sıra dağlar, gen dərələr, şirin bulaqlarımız sanki qəribsəmişdilər, xiffətlə gözləri yolda bizi gözləyirlər.
    ... Kəndimizin sehri-sirri ilə baş-başa qalmışdım, qoyun-quzu otardığımız, ot çaldığımız, taxıl əkdiyimiz yerlərə tamaşa edib dərdləşirdik...

    Çox təsirli və qəml hisslərlə həyəcanları yaşadığım bu anları təsvir etmək həm mənə çətin idi, həm də Aşağı Şorçaya...
    Bu, əsrarəngiz elimin, obamın mənzərəsini seyr etdikdən sonra ayrılmaq çox çətin idi...

    ANA Yurddan ayrılmaqmı olar? Neynəyək, taleyimizə yazılıb bu hicran, vüsal...

    Əlbəttə Ali Baş Komandana və Ordumuza minnətdarıq ki, Kəlbəcəri azad edib və bizi Göyçənin bir addımına, doğma kəndimizin yaxınına gətirib.

    ... Nə qədər nisgilli olsam da içimdəki sönməyən ümid işığı, o taydan bizə baxan dağlarımızın dik duruşu, torpaqların tükənməyən hərarəti Göyçəyə geri dönəcəyimizdən xəbər verir.
    O gün çox da uzaqda deyil, dayandığımız Kəlbəcərdən başlayan addım sayı qədərdir...

    Cənab Prezident İlham Əliyevin bir neçə il əvvəl Kəlbəcərə səfəri zamanı qədim yurd yerlərimizi seyd edərək dediyi kimi Göyçəyə Yol Kəlbəcərdən keçir...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR