AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəzər Logistika 4 yaşını qeyd edir - ÖZƏL

  • + A
  • - A
  • Dünən, 19:04

    Xəzər Logistika 4 yaşını qeyd edir - ÖZƏL

    Bakı, 20 iyul - Azadmedia.az

    Xəzər Logistika 4 yaşını qeyd edir: Etibarlı xidmət, peşəkar komanda və yeni hədəflər..

    Şirkətin mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə, Azərbaycanın logistika sektorunda fəaliyyət göstərən Xəzər Logistika fəaliyyətinin dördüncü ildönümünü qeyd edir. Kiçik addımlarla başlanan yol bu gün etibarlı xidmət, operativ çatdırılma və müştəri məmnuniyyəti üzərində qurulmuş uğurlu inkişaf hekayəsinə çevrilib.

    Şirkətin sosial mediada da paylaşdığı məlumata görə, geridə qalan 4 il ərzində minlərlə uğurlu çatdırılma həyata keçirilib, yüzlərlə müştərinin etimadı qazanılıb və peşəkar komanda formalaşdırılıb. “Yükümüz məsuliyyət, gücümüz birlik, hədəfimiz zirvə” şüarı ilə fəaliyyət göstərən Xəzər Logistika bu gün logistika sahəsində etibarlılığı və operativliyi əsas prinsiplərindən biri kimi müəyyənləşdirib.

    Müasir dövrdə logistika yalnız yüklərin daşınması deyil, eyni zamanda iqtisadiyyatın dayanıqlı inkişafını təmin edən strateji sahələrdən biridir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin logistika potensialını daha da artırır. Son illər həyata keçirilən infrastruktur layihələri, rəqəmsallaşma və tranzit imkanlarının genişləndirilməsi bu sahənin inkişafına mühüm töhfə verir. 

    Xəzər Logistikanın uğurunun əsasını isə yalnız texniki imkanlar deyil, ilk növbədə insan kapitalı təşkil edir. Şirkət rəhbərliyinin düzgün idarəetmə prinsipləri, əməkdaşların peşəkarlığı və komanda ruhu dörd il ərzində əldə olunan nəticələrin əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir.

    Şirkətin yubiley münasibətilə yaydığı mesajda vurğulanır ki, bu dörd il sadəcə zaman göstəricisi deyil, minlərlə uğurlu daşınma, yüzlərlə məmnun müştəri və daim inkişaf edən güclü kollektiv deməkdir. Xəzər Logistika bundan sonra da xidmət keyfiyyətini yüksəltməyi, innovativ logistika həllərindən istifadə etməyi və müştərilərinə daha çevik xidmət göstərməyi qarşısına əsas məqsəd kimi qoyur.

    Azərbaycan logistika bazarında rəqabətin artdığı bir dövrdə şirkətin dörd illik fəaliyyətini uğurla davam etdirməsi sektorun inkişafının da göstəricilərindən hesab olunur. Ölkədə keçirilən beynəlxalq nəqliyyat və logistika sərgiləri, yeni rəqəmsal platformaların tətbiqi və tranzit imkanlarının genişləndirilməsi bu sahədə fəaliyyət göstərən şirkətlər üçün yeni perspektivlər yaradır. 

    Xəzər Logistikanın 4 illik yubileyi münasibətilə şirkətin rəhbərliyini, kollektivini və tərəfdaşlarını təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar, təhlükəsiz daşımalar, davamlı inkişaf və daha böyük zirvələr arzulayırıq. “Sərhədsiz imkanlar, qüsursuz çatdırılma” prinsipi ilə fəaliyyət göstərən şirkətin növbəti illərdə də ölkənin logistika sektoruna mühüm töhfələr verməsi arzu olunur.

    Ülkər Piriyeva





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR