AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Poçtdan gəmiçiliyə - ASCO-da mübahisəli təyinat

  • + A
  • - A
  • Bu gün, 10:37

    Poçtdan gəmiçiliyə - ASCO-da mübahisəli təyinat


    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) növbəti kadr təyinatı suallar doğurub. Qurumun İdarə Heyətinin sədri Əfqan Cəlilovun əmri ilə Məhəmməd Topalov İstismar-kommersiya departamentinin rəisi təyin edilib.

    Diqqət çəkən məqam isə odur ki, M.Topalov bu təyinata qədər “Azərpoçt” MMC-də İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb. Dəniz nəqliyyatı və gəmiçilik sahəsində təcrübəsi barədə ictimaiyyətə hər hansı məlumat təqdim olunmayıb.

    Bu təyinat bir daha dövlət qurumlarında peşəkarlıq və sahə üzrə ixtisaslaşma prinsiplərinin nə dərəcədə nəzərə alındığı sualını gündəmə gətirir. Gəmiçilik kimi yüksək məsuliyyət və xüsusi bilik tələb edən sahəyə poçt sektorundan rəhbər təyin edilməsi ictimai müzakirələrə səbəb olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR