AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalistdən təhsildə korrupsiya iddiaları ilə bağlı Prezidentə müraciət

  • + A
  • - A
  • Bu gün, 11:09

    Jurnalistdən təhsildə korrupsiya iddiaları ilə bağlı Prezidentə müraciət

    Jurnalist Nicat Mahmudov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək ölkənin təhsil sistemində ciddi problemlərin olduğunu iddia edib.

    O bildirib ki, məktəblərdə tədrisin keyfiyyəti aşağı düşüb, repetitorluq geniş yayılıb, korrupsiya, qohumbazlıq və qeyri-şəffaf kadr siyasəti təhsil sisteminə mənfi təsir göstərir. Müəllif regional təhsil idarələri və məktəb direktorlarının fəaliyyətini də tənqid edərək, bəzi rəhbərlərin nazirlikdən asılı olmadığını irəli sürüb.

    Müraciətdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyəti də tənqid olunub. Agentliyin sədri Eşqi Bağırovun fəaliyyəti ilə bağlı araşdırma aparılması təklif edilib.

    Nicat Mahmudov Prezidentdən təhsil sahəsində şəffaflığın təmin olunmasını, korrupsiya və qruplaşmalara qarşı mübarizənin gücləndirilməsini, məktəb və müəllim nüfuzunun bərpa edilməsini xahiş edib. O qeyd edib ki, növbəti yazısında iddiaları ilə bağlı daha ətraflı məlumat və adlar açıqlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR