AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Saleh Məmmədovun Almaniyada milyonluq tikinti layihəsi iddiası: 47 mənzilli yaşayış kompleksi gündəmdə

  • + A
  • - A
  • Bu gün, 21:45

    Saleh Məmmədovun Almaniyada milyonluq tikinti layihəsi iddiası: 47 mənzilli yaşayış kompleksi gündəmdə

    Keçmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun adı bu dəfə Almaniyada həyata keçirildiyi iddia olunan milyonlarla avroluq tikinti layihəsində hallandırılır.

    Xaricdə yaşayan araşdırmaçı bloger Cavanşir Həsənlinin paylaşdığı məlumata görə, Saleh Məmmədov Almaniyada şəriklik əsasında 47 mənzildən ibarət iki yaşayış binasının inşasını həyata keçirir. Bildirilir ki, layihənin ümumi investisiya dəyəri təxminən 13–15 milyon avro təşkil edir.

    Paylaşılan məlumata əsasən, tikinti layihəsinin rəsmi planında yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonuna qədər tam istifadəyə verilməsi nəzərdə tutulur. Bloger qeyd edir ki, paylaşdığı şəkil layihəyə aid orijinal görüntüdür.

    Saleh Məmmədov uzun illər AAYDA-ya rəhbərlik edib və fəaliyyəti dövründə yol tikintiləri, dövlət sifarişləri və iri infrastruktur layihələri ilə bağlı müxtəlif müzakirələrin mərkəzində olub. O, 2025-ci ildə vəzifəsindən azad edilib.

    Qeyd edək ki, Cavanşir Həsənli bundan əvvəl də bir sıra Azərbaycan rəsmiləri və keçmiş məmurların xaricdəki əmlakları və biznes əlaqələri barədə araşdırmalar yayıb. Lakin hazırkı iddialarla bağlı Saleh Məmmədovun mövqeyi açıqlanmayıb.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR