AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxıda qadınların ictimai iştirakçılığı müzakirə olunub

  • + A
  • - A
  • Bu gün, 11:21

    Şamaxıda qadınların ictimai iştirakçılığı müzakirə olunub


    “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” layihəsi çərçivəsində 21 iyul 2026-cı il tarixində Şamaxı rayonunda “Qadınların ictimai iştirakçılıq proseslərində fəallığının artırılması və ictimai nəzarət mexanizmlərinin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirin məqsədi qadınların ictimai iştirakçılıq imkanları barədə məlumatlılığını artırmaq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı hüquqi mexanizmləri iştirakçılara izah etmək, ictimai nəzarətin həyata keçirilməsi sahəsində mövcud alətləri təqdim etmək və qadınların yerli idarəetmədə fəal iştirakını təşviq etmək olub.

    Dəyirmi masada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, qadın fəallar, gənclər, yerli özünüidarəetmə orqanlarının nümayəndələri və ictimaiyyət üzvləri iştirak ediblər. Tədbir interaktiv formatda təşkil olunub və iştirakçılar ictimai iştirakçılığın hüquqi əsasları, ictimai nəzarətin formaları, ictimai şuraların fəaliyyəti, vətəndaş təşəbbüslərinin rolu, habelə dövlət-vətəndaş əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində geniş müzakirələr aparıblar.

    Tədbir çərçivəsində keçirilən “Real problemlərin xəritəsi” sessiyası xüsusi maraqla qarşılanıb. İştirakçılar Şamaxı rayonunda qadınları və yerli icmaları narahat edən aktual məsələləri müəyyənləşdirərək onları müxtəlif istiqamətlər üzrə qruplaşdırıblar. Təhsil, məşğulluq, sosial müdafiə, infrastruktur, aqrar sahədə problemlər və ictimai xidmətlərin keyfiyyəti ilə bağlı səsləndirilən təkliflər ümumiləşdirilərək layihənin yekun hesabatına daxil ediləcək.
    Müzakirələr zamanı qeyd olunub ki, qadınların ictimai nəzarət mexanizmlərində fəal iştirakı yalnız onların hüquq və imkanlarının genişlənməsinə deyil, həm də yerli səviyyədə problemlərin daha operativ müəyyən edilməsinə və həllinə, dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. İştirakçılar qadın liderliyinin inkişaf etdirilməsinin, ictimai şuralarda və digər iştirakçılıq platformalarında təmsilçiliyin artırılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.

    Layihənin əsas məqsədi qadınların ictimai nəzarət təşəbbüslərində fəallığını artırmaq, “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqinin səmərəliliyinə dəstək vermək, ictimai nəzarət mexanizmlərinin inkişafına töhfə vermək və qadınların idarəetmədə, eləcə də qərar qəbuletmə proseslərində rolunun gücləndirilməsini təşviq etməkdir.

    Fotolar




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR