AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?

  • + A
  • - A
  • Bu gün, 11:31

    7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?


    Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən V Milli Yaylaq Festivalını təşkil edən şirkətin adı açıqlanıb.

    Azadmedia.az pravda.az-a istinadla xəbər verir ki, festval Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilib.

    İcraçı şirkət “Vata” MMC-yə təşkilatçılığa görə 215.255 manat ödənib. 1.198 manat vergi borcu olan MMC-nin rəhbəri Faiq Məmmədovdur. Dördpendirli pizza

    Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

    Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, xəsarət alanlar olub.

    TƏBİB-in yaydığı məlumata görə, 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncədə, Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsində hospitalizasiya olunub.

    Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncədə davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir. İki nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR