AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Botoksla bloqerin qoluni iflic edən kosmetoloq fəaliyyətini dayandırdı - Nazirlik yoxlama aparacaqmı?

  • + A
  • - A
  • Bu gün, 14:32

    Botoksla bloqerin qoluni iflic edən kosmetoloq fəaliyyətini dayandırdı - Nazirlik yoxlama aparacaqmı?


    Kosmetoloqun köməkçisi hazırda Fatimə xanımın heç bir yerdə işləmədiyini, dünəndən etibarən bir müddətlik fəaliyyətini dayandırdığını söyləyib

    Bakıda botoks vuraraq Ceyran adlı bloqerin qolunu iflic edən kosmetoloqun kimliyi məlum olub. Bestmedia.az-a açıqlamasında bloqer bu proseduru Fatimə adlı kosmetoloqa etdirdiyini təsdiqləyib.
    Lakin bloqer bu barədə ictimaiyyətə geniş açıqlamanı zamanı gəldiyində edəcəyini açıqlayıb. Dünən isə o, xəstəxanalardan birində müayinədən foto paylaşıb.

    Qeyd edək ki, sözegedən kosmetoloq instaqram səhifəsində paylaşım edərək problemin botoksların keyfiyyətsizliyindən qaynaqlandığını açıqlayıb.

    Həkim-kosmetoloq Elnarə Rzayeva Bestmedia.az-a açıqlamasında bunu bəzi kosmetoloqların bəhanəsi adlandırıb. Kosmetoloq bildirib ki, qolaltı nahiyəyə botoks proseduru həkimdən daha böyük təcrübə və savad tələb edir:

    “Azərbaycanda bir çox kosmetoloqlar qolaltı nahiyəyə botoks proseduru edir. Amma bu çox məsuliyyət tələb edən prosedurdur. Həkimin kiçik səhvi pasiyentin qol əzələsini iflic edə bilər. Bloqerin qolunda yaranmış problem daha çox səhv edilmiş prosedurun fəsadıdır. Botulinum toksini düzgün nahiyəyə tətbiq edilmədikdə belə fəsadlara səbəb olur”.



    Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) Bestmedia.az-ın sorğusuna cavabda bildirilib ki, sonuncu dəfə Azərbaycan Respublikasına "Clostridium botulinum toxin type A" tərkibli dərman vasitəsi iyun ayında idxal edilib. May ayında bu tərkibli dərman vasitəsi ölkəyə idxal edilməyib.

    “Sosial şəbəkələrdə mövcud olan məlumatlarda dərman vasitəsinin ticarət adı bildirilməyib. Dövlət qeydiyyatı mövcud olan və rəsmi şəkildə ölkəyə idxal edilmiş bu tərkibli dərman vasitələrinin keyfiyyəti ilə bağlı problem haqqında Mərkəzə müraciət daxil olmayıb. Bu dərman vasitələrinin ölkəyə rəsmi şəkildə idxalı zamanı ekspertiza aparılarkən yoxlanılmış keyfiyyət parametrlərində uyğunsuzluq müəyyən edilməyib.

    Əgər hər hansı vətəndaş və ya həkim sözügedən vasitənin keyfiyyətindən narazıdırsa, müraciət olunduğu təqdirdə AEM təmənnasız olaraq ölkəyə yalnız rəsmi yolla idxal edilən istənilən vasitənin laborator analiiznini keçirib nəticəsi barədə şikayətçiyə məlumat verməyə hazırdır. Əlavə olaraq bildiririk ki:

    Vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:
    • “Bir pəncərə” sektoru
    • Qaynar xətt: (012) 596 05 20
    • E-poçt: aem@pharma.az
    • Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)
    Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”, deyə açıqıamada bildirilib.
    AEM-dən rəsmi qaydada müraciət olarsa bloqerin şikayətinə baxılacağı bildirilib.

    Bestmedia.az-ın araşdırması zamanı məlum olub ki, Fatimə adlı kosmetoloq bir müddət öncə “Medcenter” klinikasında işləyib. Lakin klinikadan bir aydır ki, kosmetoloqun icarəyə götürdüyü kabineti boşaltdığını, başqa ünvanda fəaliyyətə başladığını bildiriblər.

    Bestmedia.az saytı Fatimə adlı kosmetoloqun hazırda harada çalışdığını araşdırıb. Kosmetoloqun köməkçisi hazırda Fatimə xanımın heç bir yerdə işləmədiyin dünəndən etibarən bir müddətlik fəaliyyətini dayandırdığını söyləyib. O, bloqerin botoksla bağlı şikayətini də cavablandırmaqdan imtina edib.

    AEM-dən isə Fatimə adlı kosmetoloqun tibb işçilərinin reyesterində adının olub-olmadığını hazırki vəziyyətdə yoxlamağın mümkün olmadığını bildiriblər.

    “Sözügedən şəxsin qanuni işləyib-işləmədiyini araşdırmaq üçün onun adı, soyadı, ata adı məlum olmalıdır. Eyni zamanda bu tibbi prosedurları harada etdiyini bilməliyik. Qanunvericiliyə görə, AEM ancaq özəl tibb müəssisələrində yoxlama apara bilər. Yox əgər bu hansısa gözəllik salonudursa, o zaman orada tibbi fəaliyyətin göstərildiyini sübut edən sənədlərlə birgə vətəndaş tərəfindən şikayət olmalıdır. Araşdırma aparılması üçün vətəndaşın bizə birbaşa müraciət etməsi lazımdır. Həmin şəxs göstərilən tibbi xidmətin keyfiyyətindən şikayətçidirsə, bu halda qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. Belə halda məhkəmə-tibbi ekspertizası təşkil edilir və tibbi xidmətin necə göstərildiyi ilə bağlı rəy verilir. AEM isə öz növbəsində, təsdiqedici sənədlərlə birgə rəsmi müraciət olduğu halda araşdırma aparır, həmin klinikanın və həkimin göstərilən fəaliyyət üzrə müvafiq sənədlərinin olub-olmamasını müəyyən edir. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun lazımi tədbirlər görülür” - açıqlamaya əlavədə bildirilib.

    Qeyd edək ki, Ceyran adlı bloqer ötən gün sosial şəbəkə hesabında 4 gün əvvəl prosedur etdirdiyini, qol əzələlərinin iflic olduğunu qeyd edib: “Danışanda təngnəfəs oluram. Qolumu aşağı sala bilmirəm, funksiyasını itirib. Barmaqlarım tərpənir, amma qolum halsızdır.
    Bəzi kosmetoloqlar deyirlər, bizlik bir şey yoxdur. Əgər bunu siz gətirmisinizsə, siz də məsuliyyət daşıyırsınız. 4 gündür gecələr stresdən yata bilmirəm. Boğuluram, qolumu aça bilmirəm. Mənim kimi insanları bu günə qoymusunuz. Hər yerindən duran iynəni götürüb vurur. İnsanların sağlamlığı ilə məzələnə bilməzsiniz...”


    Çap et


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR