AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ekologiya Maarifləndirmə" İctimai Birliyi İsmayıllı Bələdiyyəsində dəyirmi masa təşkil edib

  • + A
  • - A
  • Bu gün, 11:53

    "Ekologiya Maarifləndirmə" İctimai Birliyi İsmayıllı Bələdiyyəsində dəyirmi masa təşkil edib


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ekologiya Maarifləndirmə" İctimai Birliyi tərəfindən həyata keçirilən "İsmayıllıda ekoloji maarifləndirmə tədbirləri" layihəsi çərçivəsində dördüncü tədbir – dəyirmi masa İsmayıllı Rayon Bələdiyyəsində keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirdə İsmayıllı Rayon Bələdiyyəsinin üzvləri, yerli icma nümayəndələri, rayon sakinləri və layihə iştirakçıları iştirak ediblər.

    Tədbiri giriş sözü ilə layihə rəhbəri Qəmzə Yusubova açaraq iştirakçıları salamlayıb, layihənin məqsədi, əhəmiyyəti və həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi cəmiyyətdə ekoloji şüurun artırılması, ətraf mühitin qorunması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi, yerli icmaların ekoloji təşəbbüslərə cəlb edilməsi və davamlı inkişaf prinsiplərinin təşviq olunmasıdır.

    Daha sonra təlimçi-ekspert Rasim Məmmədov "Yaşıl enerji və dayanıqlı inkişaf", bərpa olunan enerji mənbələrinin tətbiqi, enerji səmərəliliyi, iqlim dəyişikliklərinin ətraf mühitə təsiri, tullantıların düzgün idarə olunması, təbii sərvətlərin qorunması və ekoloji məsuliyyət mövzularında geniş təqdimatla çıxış edib. Ekspert qeyd edib ki, yaşıl enerji texnologiyalarından istifadənin genişləndirilməsi həm ətraf mühitin qorunmasına, həm də gələcək nəsillər üçün sağlam ekoloji mühitin formalaşdırılmasına mühüm töhfə verir.

    Dəyirmi masa zamanı layihənin məqsəd və vəzifələri, yerli icmaların ekoloji problemlərin həllində fəal iştirakı, ekoloji maarifləndirmənin gücləndirilməsi, ictimai iştirakçılığın artırılması və dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar öz təklif və təşəbbüslərini səsləndirib, ekoloji problemlərin həlli istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

    Tədbir iştirakçıların suallarının cavablandırılması və geniş müzakirələrlə başa çatıb. Layihə çərçivəsində İsmayıllı rayonunda ekoloji maarifləndirmə və ictimai iştirakçılığın təşviqinə yönəlmiş tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

    Fotolar



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR