“Folklorumuzu yaşadaq: tat folklor kollektivlərinə dəstək” layihəsi çəırçivəsində Lahıc Xalq Folklor Kollektivinin geyim dəstləri təqdim edilib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, 29 iyul 2026-cı il tarixdə İsmayıllı şəhərində “Xoşbəxt-X” kiçik müəssisəsinin nümayiş salonunda, 30 iyul 2026-cı il tarixində isə Şabran rayonunun Dağbilci kəndinin klubunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti hesabına “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin icra etdiyi “Folklorumuzu yaşadaq: tat folklor kollektivlərinə dəstək” layihəsi çərçivəsində Lahıc Xalq Folkor Kollektivinin və “Xınayaxdı” Xalq folklor kollektivlərinin üzvlərinə geyim dəstlərinin və “Tat folklorundan seçmələr” adı ilə nəşr olunmuş kitabın təqdimatına həsr olunmuş tədbir keçirilib.
“Azəri” Tat Mədəniyyət Mərkəzi İB sədri E.Əhmədov tədbir iştirakçılarını salamlayaraq giriş sözü söylədi. O, layihənin mahiyyəti, azsaylı xalqlardan biri olan tatların folklor mədəniyyətinin qorunmasi, inkişaf etdirilməsi və Lahıc Xalq Folklor Kollektivinin gələcək fəaliyyətinə dəstək verilməsi kimi məqsədləri açıqlayıb və layihənin həyata keçirilməsində zəhməti olan hər kəsə, xüsusilə “Xoşbəxt-X” kiçik müəssisəsinin direktoru Ruhiyyə xanım Süleymanovaya təşəkkür edib.
Layihə icrası nəticəsində Lahıc və Şabran folklor kollektivlərinin 24 üzvünə geyim dəstləri hazırlanmış və “Tat folklorundan seçmələr” adlı kitab nəşr olunmuşdur. Sonra Lahıc Xalq Folklor Kollektivinin üzvləri üçün hazırlanmış geyim dəstləri nümayiş edildi və gələcəkdə folklor kollektivləri üçün mənbə olacaq “Tat folklorundan seçmələr” kitabının təqdimatı baş tutub.
Təqdimat mərasimində həmçinin İsmayıllı RİH İctimai-siyasi və humanitar məsələlər sektorunun məsul işçisi Gülər Baxışova, İsmayıllı rayonu H.Əliyev ad. Mədəniyyət Mərkəzinin direktor əvəzi Teymur Əzizli, “Xoşbəxt-X” kiçik müəssisəsinin direktoru Ruhiyyə Süleymanova , “Tat folklorundan seçmələr” kitabının tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyev və əməkdar müəllim Cəfər Bağırov çıxış ediblər.
Şabranda “Azəri” TMMİB nin sədri E.Əhmədov, “Tat folklorundan seçmələr” kitabının tərtibçisi filologiya üzrə fəlsəfə doktoru D.Əliyev, “Xınayaxdı” kollektivinin rəhbəri B.Ağasiyev, Şabrann r n Mədəniyyət Mərkəzinin v.m.i.e M.Cəfərova, Şabran RİH nin Taxtalar İƏD üzrə nümayəndəsi çıxış ediblər.
Hər iki tədbirdə çıxış edənlər layihənin effektiv olduğunu, çox vaxtında görülmüş işlərin tatdilli folklorun yaşadılmasında, tat folklor kollektivlərinə dəstək verilməsində və təbliğ edilməsində əhəmiyyətini qeyd ediblər.
Sonda İsmayıllıda Lahıc Xalq Folklor Kollektivinin rəhbəri Əliyev Maarif və fəal üzvü əməkdar mədəniyyət işçisi “ Tərəqqi” medallı Sahibə xanım Abdullayevanın yaxından iştirakı ilə Lahıc Xalq Folklor Kollektivinin nümunəvi çıxışları oldu. Eyni zamanda qeyd edilməlidir ki, Şabranda da “Xınayaxdı” kollektivinin nümunəvi çıxışları olub.
Tədbirlərin sonunda “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən layihənin icrası zamanı fəallıq göstərənlərə təşəkkürnamələr təqdim edilib.
Fotolar