AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QƏRBİ AZƏRBAYCAN TELEVİZİYASI FƏALİYYƏTİNİN 3 İLİNİ QEYD EDİR

  • + A
  • - A
  • Bu gün, 18:15

    QƏRBİ AZƏRBAYCAN TELEVİZİYASI FƏALİYYƏTİNİN 3 İLİNİ QEYD EDİR

    Avqustun 1-də Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasının 3 ili tamam olur.

    Bu münasibətlə televiziyanın baş redaktoru Esmira Qasımova sosial şəbəkə hesabında paylaşım edərək ötən üç il ərzində görülən işlərə nəzər salıb. O bildirib ki, televiziya 2023-cü il avqustun 1-də ilk yayımına başlayıb və qısa müddət ərzində Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın taleyi, xalqımıza qarşı həyata keçirilən siyasət, dağıdılmış tarixi-mədəni irs və digər mühüm mövzuların yerli və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərib.

    Baş redaktor paylaşımında qeyd edib ki, televiziya ətrafında ölkənin ictimai-siyasi həyatında nüfuzu olan şəxslər bir araya gəlib, kollektiv isə bütün çətinliklərə baxmayaraq fəaliyyətini böyük əzmlə davam etdirib.

    “Bu gün bu televiziyanın Baş redaktoru olduğumu qürurla hər yerdə söyləyirəm, Qərbi Azərbaycana Qayıdış ideyasına olan xidmətimlə fəxr edirəm”, – deyə Esmira Qasımova vurğulayıb.

    O, həmçinin televiziya kollektivinin əməyini yüksək qiymətləndirərək bu sözləri qeyd edib: “Bu işdə sizin əməyiniz danılmazdır, bu tarixi bərabər yazmışıq.”

    Paylaşımın sonunda baş redaktor növbəti efirlərin Qərbi Azərbaycandan yayımlanacağı günə olan inamını ifadə edərək kollektivə “yola davam” mesajını ünvanlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR