Bu gün Azərbaycanın Xocavənd rayonuna “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində daha 43 keçmiş məcburi köçkün ailəsi – ümumilikdə 191 nəfər daimi yaşayış üçün geri dönür.
Qayıdışın budəfəki mərhələsində 19 ailə (88 nəfər) Xocavənd şəhərinə, 11 ailə (42 nəfər) Qırmızı Bazar qəsəbəsinə, 13 ailə (61 nəfər) isə Quzeyhırman kəndinə köçürülür.
Uzun illər ərzində bu insanlar ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşma şəraitində yaşayıblar. Onların bir qismi yataqxana, sanatoriya və inzibati binalarda yerləşdirilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinin mühüm istiqamətlərindən biri keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasıdır. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində həyata keçirilən köç prosesi Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.
Xocavəndə qayıdan ailələr doğma torpaqlarında yeni həyat quracaq, rayonun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.