AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Günəşlidə bağlı qapı arxasında qalan uşaq belə xilas edildi

  • + A
  • - A
  • Bu gün, 14:48

    Yeni Günəşlidə bağlı qapı arxasında qalan uşaq belə xilas edildi

    Bakının Suraxanı rayonunda xilasedicilər köməksiz vəziyyətdə qaldığı ehtimal edilən uşağı mənzildən çıxarıblar.

    Hadisə Yeni Günəşli qəsəbəsində yerləşən 16 mərtəbəli binanın 9-cu mərtəbəsində baş verib. 2014-cü il təvəllüdlü E.Qurbanlının yaxınları mənzilin qapısını bir neçə dəfə döysələr də, cavab ala bilməyiblər.

    Bundan sonra FHN-in “112” qaynar xəttinə məlumat verilib. Çağırış üzrə hadisə yerinə gələn Bakı Regional Mərkəzinin xilasediciləri xüsusi alpinist ləvazimatlarından istifadə edərək mənzilə pəncərədən daxil olublar.

    Xilasedicilər uşağı mənzildə yatmış vəziyyətdə aşkar ediblər. O, təhlükəsiz şəkildə yaxınlarına təhvil verilib.
    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR