AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRİQAZ” İB-NİN ŞÖBƏ VƏ DEPARTAMENT RƏHBƏRLƏRİ MEDİA QARŞISINDA

  • + A
  • - A
  • 3-12-2021, 20:15


    “Azəriqaz” İstehsalat Birliyinin ayrı-ayrı struktur bölmələrinin rəhbər şəxsləri “Açıq qapı” aksiyası çərçivəsində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüş keçiriblər. Görüş zamanı media nümayəndələri tərəfindən dağlıq ərazidə yerləşən rayonlarda təbii qazın limitinin artırılması, mavi yanacağın qiymətində güzəştlərin olunması, Bakıətrafı qəsəbələrdə payız-qış mövsümlərində bəzi hallarda qaz təzyiqinin aşağı olması, ödəniş terminalları haqqında və s. ünvanlanan suallara aydınlıq gətirilib. Bundan əlavə, görüş zamanı “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə mövcud borcu ilə bağlı məsələyə də münasibət bildirilib. Bir daha qeyd edilib ki, sözü gedən ASC fərdi şəxslərlə paralel olaraq “Azəriqaz” İB-yə münasibətdə istehlakçıdır və istehlak etdiyi qazın dəyərini bir mənalı şəkildə ödəməlidir. Hər həftə təşkil olunan “Açıq mikrofon” aksiyası Birliyin “Facebook” səhifəsində canlı yayımlanır. Vətəndaşlar da öz suallarını canlı yayım vasitəsilə ünvanlaya bilirlər.
    Qeyd edək ki, növbəti “Açıq qapı” aksiyası dekabr ayının 10-da “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin iştirakı ilə təşkil olunacaq. Media nümayəndələrini bu görüşdə fəal iştirak etməyə çağırırıq.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR