AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnfeksion xəstəliklərin profilaktikası mövzusunda maarifləndirici təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 23-08-2023, 23:33

    İnfeksion xəstəliklərin profilaktikası mövzusunda maarifləndirici təlim keçirilib - FOTOLAR

    Avqustun 22-də Sabunçu rayonu Gənclər Evində “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi “Vərəm və hava-damcı yolu ilə ötürülən digər İnfeksion xəstəliklərin profilaktikası mövzusunda gənclər arasında maarifləndirmə işi” mövzusunda maarifləndirici təlim keçirib.

    Birlikdən verilən məlumata görə, layihənin məqsədi gənclər və onların ailə üzvləri arasında vərəm və digər İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mexanizmləri barədə məlumatlılığın artırılması və müalicəyə bağlılığın səmərəliliyini yüksəltməklə yanaşı vərəm və digər infeksion xəstəliklərin profilaktikası, infeksion nəzarətin düzgün icra edilməsi və pasientlərin müalicəyə bağlılığının təmin olunmasının vacibliyini sadə şəkildə izah etməkdir.

    Təlimə Sabunçu rayonunun gəncləri, onların yaxın ailə üzvləri cəlb olunaraq ümumilikdə hava-damcı yolu ilə ötürülən xəstəliklərin yoluxdurma mexanizmlərini, xəstələnən zaman özlərinin və ətrafdakı insanların təhlükəsizliyinin təmin edilməsini və müalicə prosesində müalicəyə bağlılığın həm özlərinin, həm də ətrafdakıların sağlamlığının qorunmasında nə qədər əhəmiyyətli olması vurğulanıb.

    Qeyd edək ki, cəmiyyətin gələcək potensialı olan gənclər və onların yaxınları bu bilgilərdən istifadə etməklə düzgün və ən əsası sona qədər müalicə alaraq xəstəliyə davamlı formaların yayılmasının və ətrafdakıları yoluxdurmamağın elmi yolları barədə məlumatlar dinlənilib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR