AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Vərəmsiz Gələcəyə Doğru” İB Xəzər Gənclər evində maarifləndirici təlim keçirib - FOTOLAR

  • + A
  • - A
  • 10-08-2023, 16:05

    “Vərəmsiz Gələcəyə Doğru” İB Xəzər Gənclər evində maarifləndirici təlim keçirib - FOTOLAR

    Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi Xəzər Gənclər evində “Vərəm və hava-damcı yolu ilə ötürülən digər İnfeksion xəstəliklərin profilaktikası” mövzusunda maarifləndirici təlim keçirib.

    Avqustun 10-da “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi “Vərəm və hava-damcı yolu ilə ötürülən digər İnfeksion xəstəliklərin profilaktikası mövzusunda gənclər arasında maarifləndirmə işi” mövzusunda Xəzər rayonu Gənclər Evində maarifləndirici təlim keçirilib.
    Təlimində çıxış edən İctimai Birliyin sədri, layihə rəhbəri Çingiz Ramazanlı bildirib ki, layihənin məqsədi gənclər və onların ailə üzvləri arasında vərəm və digər infeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mexanizmləri barədə məlumatlılığın artırılması və müalicəyə bağlılığın səmərəliliyini yüksəltməklə yanaşı vərəm və digər infeksion xəstəliklərin profilaktikası, infeksion nəzarətin düzgün icra edilməsi və pasientlərin müalicəyə bağlılığının təmin olunmasının vacibliyini sadə şəkildə izah etməkdir.


    Təlimə Xəzər rayonunun gəncləri, onların yaxın ailə üzvləri cəlb olunaraq ümumilikdə hava-damcı yolu ilə ötürülən xəstəliklərin yoluxdurma mexanizmlərini, xəstələnən zaman özlərinin və ətrafdakı insanların təhlükəsizliyinin təmin edilməsini və müalicə prosesində müalicəyə bağlılığın həm özlərinin, həm də ətrafdakıların sağlamlığının qorunmasında nə qədər əhəmiyyətli olması vurğulanmışdır. Cəmiyyətin gələcək potensialı olan gənclər və onların yaxınları bu bilgilərdən istifadə etməklə düzgün və ən əsası sona qədər müalicə alaraq xəstəliyə davamlı formaların yayılmasının və ətrafdakıları yoluxdurmamağın elmi yolları barədə məlumatlar dinlənildi.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR