AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT vərəm profilaktikası mövzusunda gəncləri maarifləndirəcək

  • + A
  • - A
  • 6-07-2023, 09:30

    QHT vərəm profilaktikası mövzusunda gəncləri maarifləndirəcək

    “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi “Vərəm və hava-damcı yolu ilə ötürülən digər İnfeksion xəstəliklərin profilaktikası mövzusunda gənclər arasında maarifləndirmə işi”ni həyata keçirir.

    Birliyin sədri Çingiz Ramazanlı açıqlamasında bildirib ki, layihənin məqsədi Bakı şəhərinin Xəzər, Sabunçu və Suraxanı Gənclər evində şəxslər arasında vərəm və digər İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mexanizmləri barədə məlumatlılığın artırılması və müalicəyə bağlılığın səmərəliliyini yüksəltməklə yanaşı vərəm və digər infeksion xəstəliklərin profilaktikası, infeksion nəzarətin düzgün icra edilməsi və pasientlərin müalicəyə bağlılığının təmin olunmasının vacibliyini sadə şəkildə izah etməkdir: "Layihə nəticəsində insanlar cəmiyyətin gələcək potensialı olan şəxslər bu bilgilərdən istifadə xəstəliyə davamlı formaların yayılmasının və ətrafdakıları yoluxdurmamağın elmi yollarını öyrənmiş olacaqlar".

    Qeyd edək ki, layihə 2021-ci ildə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqəsinin qalibi olub və bu Agentliyinin maliyyə dəsətyi ilə 01.07.2022-ci il tarixindən 30.09.2023-cü il tarixinə qədər icra olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR