AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeniyetmə velosipedçilərin fərdi təhlükəsizliyi ilə bağlı təqdimat keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 1-09-2023, 14:27

    Yeniyetmə velosipedçilərin fərdi təhlükəsizliyi ilə bağlı təqdimat keçirilib - FOTOLAR

    “Oriqami“ uşaq və yeniyetmələr İctimai Birliyi Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, 130 № li tam orta məktəbdə “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin təqdimatını keçirib.
    Layihə rəhbəri Namiq Nəcəfov pedaqoji işçilərin iştirakı ilə Nardaran qəsəbəsi 130 № li tam orta məktəbdə keçirilən təqdimatda layihənin icra prosesindən danışıb, yeniyetmə velosipedçilərin fərdi təhlükəsizliyi ilə bağlı baş, diz, dirsək və əllərin kənar təsirdən qorunması və müdafiəsi üçün alınmış dəbilqə (şlem), xüsusi dəstləri, loqolu çap məhsullarını, loqolu təsvirli istehlak mallarının nümunələrini nümayiş etdirib. Bununla yanaşı, yeniyetmə velosipedçilərin təhlükəsizliyinin qorunmasında valideynlər arasında maarifləndirmə işinin əhəmiyyətini də xüsusi ilə qeyd edərək gender bərabərliyi - qız və oğlanların bərabər hüquqlatrından danışıb: “Qızların ictimai fəallığının artırılması istiqamətində görülməli işlər hələ çoxdur”.

    Məktəbin fiziki tərbiyə müəllimləri Orucov Bağır, Əsgərov Orxan, Zülfüqarova Aytək layihənin icrası ilə əlaqədar olaraq müzakirədə öz çıxışlarında bildiriblər ki, layihənin məktəbdə icrası məktəblilərdə idmana meyl, maraq və həvəsin daha da artmasına səbəb olacaqdır. Layihənin məktəblilərə sağlam həyat tərzi aşılayacağı barədə psixoloq Ələkbərova Həmidə fikrini bildirib. UBTR Novruzova Təhminə layihəyə qoşulmaq istəyən şagirdlər barədə məlumat verib. TTİ üzrə direktorun müavini Təhminə Mahmudova layihənin icrasından gözləntilərini - məktəb kontingenti arasında ictimai fəallığın artaçağına və pozitiv nətəcələrə səbəb olacağına ümidvar olduğunu bildirib. Pedaqoji kollektivin digər üzvləri də “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin məktəblilərin asudə vaxtının daha səmərəli və məzmunlu təşkilinə, ən vacib şərt olaraq, yeniyetmələrin fərdi təhlükəsizliyinə kömək edəcəyinə ümid etdiklərini bildiriblər.

    Məktəbin direktoru Samirə Əliyeva “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Nardaran məktəbliləri arasında təşkilinin ictimai əhəmiyyət daşıdığını bildirib, bu layihənin 130 № li tam orta məktəbdə icrasını müsbət hal kimi qiymətləndirib: “Qızların ictimai fəallığı istiqamətində valideynlər arasında maarifləndirmə işi daha da gücləndirilməlidir. Məktəbli oğlan və qızların idman yarışlarında, ictimai tədbirlərdə birgə iştirakı günün tələbidir və hal-hazırda təhsildə önə çəkilən məktəblərdə maraqlı təhsil mühitinin yaradılması konsepsiyasına uyğundur”.

    Təqdimat mərasimində “Oriqami” QHT tərəfindən foto-video çəkiliş təşkil olunub, media vasitələrində yayımlanmaq üçün məlumat hazırlanıb.

    Qeyd edək ki, layihə 30 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə təşkil etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində maliyyələşən layihənin Fəaliyyət Planına uyğun olaraq 3 təhsil ocağında, pedaqoji kollektivlərdə, layihənin təqdimatlarının keçirilməsi nəzərdə tutulub. “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin icrası, Maştağa qəsəbəsi 209 № li, Nardaran qəsəbəsi 295 № li və 130 № li tam orta məktəblərdə davam edir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR