AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Futbolçu Elvin Cəfərquliyevin oyunundan sonra saxlanılması xəbərinə RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 9-10-2023, 00:44

    Futbolçu Elvin Cəfərquliyevin oyunundan sonra saxlanılması xəbərinə RƏSMİ AÇIQLAMA

    Futbolçu Elvin Cəfərquliyevin oyunundan sonra saxlanılması ilə bağlı məlumat yayılıb.
    DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Azadmedia.az-a bildirdi ki, futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır.

    Qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib. Araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR