Azadmedia.az BBC-yə istinadən xəbər verir ki, o, vəziyyəti pisləşəndən sonra Dehlidə xəstəxanada olub və 92 yaşında dünyasını dəyişib.
Manmohan Sinqh Hindistanın ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilməsinə imkan verən liberal iqtisadi islahatların memarı hesab olunur.
1990-cı illərin əvvəllərində Hindistan iflas ərəfəsində idi. Manmohan Sinq vergiləri aşağı saldı, rupiyi devalvasiya etdi, dövlət şirkətlərini özəlləşdirdi və xarici investorları dəvət etməyə başladı.
Qəbul edilmiş tədbirlər iqtisadiyyatı canlandırdı, sənaye istehsalının artımını stimullaşdırdı və inflyasiyanın qarşısını aldı. Hindistanda iqtisadi artım 1990-cı illərdən bəri davamlı olaraq yüksək olaraq qalır.
Sinq 2004-cü ildən 2014-cü ilə qədər baş nazir vəzifəsində çalışıb və bundan əvvəl, 1991-ci ildən maliyyə naziri postunu tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.