AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəki yaylasındakı faciə ilə bağlı iki nəfər həbs edilib

  • + A
  • - A
  • Bu gün, 10:22

    Şəki yaylasındakı faciə ilə bağlı iki nəfər həbs edilib

    Şəki rayonunda yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı cinayət işi üzrə istintaq davam edir.

    Baş Prokurorluğun məlumatına görə, hadisə sentyabrın 8-də Baş Kəldək kəndi ərazisində yerləşən istirahət mərkəzində baş verib. İki nəfər hündürlükdən yıxılaraq ölüb.

    İstintaq zamanı çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, tikinti-texniki, trasoloji, fiziki-kimyəvi və digər ekspertizalar təyin olunub.

    Araşdırmalarla müəyyən edilib ki, istirahət mərkəzinin sahibi Ramiz Hüseynov işə laqeyd münasibət göstərərək vəzifələrini lazımi qaydada yerinə yetirməyib. O, “Zipline” kanat yolu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə həvalə edib.

    Nəticədə qüllədəki dəmir konstruksiyanın deformasiyaya uğraması kanatlarda dalğalanmaya, təhlükəsizlik qurğusunun sıradan çıxmasına səbəb olub. Kustar üsulla hazırlanmış tormozlama və təhlükəsizlik vasitəsinin də nasazlığı nəticəsində kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq hadisə yerində ölüblər.

    Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü, Abasət Paşayev isə 124.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Noyabrın 2-də onlara rəsmi ittiham elan edilib.

    Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR