AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Koreya Konstitusiya Məhkəməsi Prezidentin impiçmentini təsdiqləyib

  • + A
  • - A
  • 4-04-2025, 07:30


    Cənubi Koreya Konstitusiya Məhkəməsi Prezidentin impiçmentini təsdiqləyib

    Cənubi Koreya Konstitusiya Məhkəməsi cümə günü Prezident Yun Sok Yolun impiçmentini təsdiqləyib, onu ötən ilin dekabrında qısa müddətə hərbi vəziyyət tətbiq etdiyinə görə vəzifəsindən kənarlaşdırıb.

    Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    Məhkəmənin sədri vəzifəsini icra edən Mun Hön Be tərəfindən oxunmuş hökm dərhal qüvvəyə minib. Qərar iqtidardan 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirməyi tələb edir.

    Nəşrin bildirdiyinə görə, seçkilərin iyunun 3-də keçirilməsi gözlənilir.

    Dekabr ayının ortalarında müxalifətin nəzarətində olan Milli Assambleya Yunu dekabrın 3-də hərbi vəziyyət elan etməklə, qanunvericilərin fərmana qarşı səs verməsinə mane olmaq üçün Milli Assambleyada qoşun yerləşdirməklə Konstitusiyanı və qanunları pozmaqda ittiham edərək impiçment elan edib.

    Yun Sok Yol bütün ittihamları rədd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR