Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bugünkü iclasında hakim siyasi qurumun deputatlığa namizədlərinin adları müəyyən edilib. Artıq siyahı ilə bağlı ilkin açıqlamalar da verilib.
YAP İdarə Heyətinin bəzi üzvləri mətbuata açıqlamarında adlar da çəkiblər.
Məlum olub ki, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbbibəyli, Milli Məclisin keçmiş sədri Oqtay Əsədov, Azərbaycan Həmkarılar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin adı YAP-ın namizədlər siyahısna salınmayıb. Qeyd edək ki, onlar fəaliyyətini yenicə başa vuran VI çağırış Milli Məclisin üzvü olublar.
VI çağırış Milli Məclisin üzvləri - köhnə deputatlar Eldar İbrahimov, Siyavuş Novruzov, Rəşad Mahmudov, Musa Quliyev isə YAP-ın siyahısına salınıb.
Əli Əhmədov, Müvariz Qurbanlı, Səyyad Aran, Eyvaz Qurbanov, Heydər Əsədov kimi veteran YAP-çılar da siyahıya salınıb.
Musa Quliyev iclasdan sonra bildirib ki, siyahı bu gün dərc olunacaq.
“Hamısı uğurlu namizəddir. Partiyamızın sədrinə hamımız minnətdarlığımızı bildirdik, etimadı doğruldacağımıza söz verdik. Çalışacağıq ki, xalqımızla bir yerdə növbəti 5 ildə də ölkəmizi, qanunverici hakimiyyətimiz daha da inkişaf etdirək, xalqımızın etimadını doğruldaq”.
O, siyahıda xeyli dəyilşiklik olduğunu deyib: “Siyahıda gənclər və xanımlar da var, veteranlar da qayıdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.