Yaxın həftələrdə ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı yeni sui-qəsd cəhdləri ola bilər.
Bu barədə məlumatı yüksəkvəzifəli amerikalı məmurlara istinadən “Politico” yayıb.
Bildirilir ki, ABŞ administrasiyası Trampın ünvanına İran tərəfindən təhdidlərlə bağlı müxtəlif mənbələrdən məlumat əldə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.