Ali təhsil müəssisələrindən məzun olan şəxslər diplomlarını fərqli vaxtlarda əldə edirlər.
Onlardan bir çoxu diplomun gec verilməsindən narazılıq edib.
Hətta universitetləri yüksək nəticə ilə bitirənlər də diplomları tez əldə edə bilmirlər.
Bəs bu məsələ necə tənzimlənməlidir?
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, diplomların gec verilməsinin bir çox səbəbləri ola bilər.
Ekspert onlardan biri kimi diplomların xəttatlar tərəfindən yazılmasını və bunun vaxt almasını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.