Masallı Rayon Statistika İdarəsindən
Azadmedia.az-ın cənub bürosuna verilən məlumatda bildirilir ki, məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-may aylarında 15621 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7962 nəfər (51,0 faiz), qeyri-dövlət sektorunda isə 7659 nəfər (49,0 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 24,0 faizi məhsul istehsalı sahələrində, 76,0 faizi isə xidmət sahələrində çalışanlar təşkil etmişdir.
2024-cü ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 592,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqları 723,5 manat (əvvəlki ilin müvafiq dövründən 5,3 faiz çox), özəl müəssisələrdə isə 454,7 manat (əvvəlki ilin müvafiq dövründən 7,8 faiz çox) olmuşdur.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, maliyyə və sığorta sahəsində, dövlət idarəetməsi və müdafiə; sosial təminat bölməsində, təhsil sahəsində, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, eləcə də informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı digər sahələrdən daha yüksək olmuşdur.