Dünən gecə saatlarında Astara rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun yüksək dağlıq hissəsində - Asxanakəran kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Toyota Land Cruiser Prado” markalı avtomobil təxminən 400 metr hündürlükdən dərəyə yuvarlanıb.
Nəticədə sürücü - 1952-ci il təvəllüdlü Şahin Xaliq oğlu Şiriyev vəfat edib. Avtomobildə olan sərnişin Mətləb Vaqif oğlu Rzayev isə müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bildirilir ki, qəzaya düşən şəxslər qohumdur. Onlar yaxınlıqdakı kənddən qonaqlıqdan qayıdırmış və dağda dumana düşüblər. Bu zaman sürücünün görmə məsafəsinin tam məhdudlaşması ilə avtomobil dərəyə yuvarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə ilə bağlı Astara RPŞ-də araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.