Avropa İttifaqına üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə bağlı iclasının təcili çağırılmasını tələb edirlər.
Azadmedia.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell təşkilata üzv 27 ölkənin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra deyib.
Belə ki, "Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik", - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.