İranda silahlı hücum baş verib, nəticədə 6 nəfər ölüb.
Azadmedia.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, naməlum şəxslərin silahlı hücumu nəticəsində Sistan və Bəlucistan əyalətinin Nikşəhr bölgəsindəki Bent şəhərinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Pərviz Kədxuda öldürülüb.
Bundan başqa, hücum zamanı Bent şəhər şurasının rəhbəri Yusif Şirani, iki əsgər və daha 2 nəfər həlak olub. İki nəfər ağır yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.