Türkiyə Silahlı Qüvvələri əcnəbi, xüsusilə də ölkə vətəndaşlarının Livandan təhlükəsiz şəkildə təxliyəsi üçün hazırlıq işlərini tamamlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, təxliyə başlayanda dövlətin müvafiq qurumları tərəfindən vətəndaşlara lazımi məlumatlar veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.