Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi altında 2021-2024-cü illər ərzində Nazim Eynallının direktoru olduğu 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən, Şamaxı və Qobustan rayonları ərazisində yaşayan şəhid ailələrinin və qazilərin yaşadıqları kəndlərdə, qəsəbələrdə, küçələrdə, məhəllələrdə yollar qaydaya salınmış, küçə və döngələrə asfalt örtüyü vurulmuşdur. Nəzərinizə çatdıraq ki, belə işlər Şamaxı rayonu üzrə 43 şəhid ailəsinin və qazilərin yaşadıqları kəndlərdə və qəsəbələrdə reallaşdırılmışdır.
Azadmedia.az xəbər verir ki, bu cür gərəkli asfalt örtüyü və yolların bərbası tədbirləri AAYDA tərəfindən mütəmadi olaraq şəhid ailələrinin evlərinin həyətlərində də davam etdirilir.
Ötən gün, AAYDA-nın 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Eynallı Nazim Hüseyn oğlunun rəhbərliyində MMC-nin əməkdaşları tərəfindən Şəhid Hüseynov Səbuhi Məhbub oğlunun evinin həyəti də asfalt örtüyü ilə təmin olunmuşdur.
Bu minvalla, Şamaxı Şəhidi Hüseynov Səbuhinin babası Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirib. Həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova və AAYDA-nın 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Eynallı Nazim Hüseyn oğluna və əməyi keçən bürün əməkdaşlara minnəttarlığını ifadə edib.