Qazaxda 18 tələbə dönərdən zəhərlənib.
Onlar oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.
Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verən zəhərlənmə faktı araşdırılır.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", AQTA-dan bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.