Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.
Nəticədə sürücü və avtomobildə olan prodüser Hüseynov İlkin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən verilən məlumata görə, Hacıqabul rayon Muğan qəsəbəsində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bildirilib ki, 1991-ci il təvəllüdlü (qadın cinsli) və 1996-ci il təvəllüdlü (kişi cinsli) şəxslərin hər birinə bədənin küt travması diaqnozu təyin edilib.
Onlara zəruri tibbi xidmətlər göstərilib.(Apa)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.