AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Birliyindən İranın üç aviaşirkətinə Sanksiya

  • + A
  • - A
  • 14-10-2024, 19:13

    Avropa Birliyindən İranın üç aviaşirkətinə


    Avropa Birliyi İranın üç aviaşirkətinə, o cümlədən milli aviadaşıyıcısına, dörd sənaye və nəqliyyat şirkətinə, həmçinin ölkənin müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri də daxil olmaqla, yeddi məmur, iş adamı və hərbçiyə qarşı sanksiya tətbiq edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının qərarında qeyd olunub.

    Belə ki, “AB Şurası bu gün İranın yeddi şəxs və yeddi təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlər qəbul edib. Sanksiyalar Rusiyaya raket və pilotsuz təyyarələrin tədarükü ilə yanaşı, Yaxın Şərq və Qırmızı dəniz bölgəsində sülh və təhlükəsizliyi pozan Husi qruplarına raket verilməsinə görə tətbiq edilib”, - deyə məlumatda qeyd olunub.

    Sanksiyalar dərhal qüvvəyə minib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR