İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın səhra komandirinin hava zərbəsi ilə öldürüldüyünü açıqlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, “İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Kana bölgəsində “Hizbullah”ın səhra komandirini öldürüb”, - deyə bəyanatda deyilir.
Bildirilib ki, öldürülən şəxs İsrailə qarşı çoxlu sayda terror aktının planlaşdırılması və həyata keçirilməsinə görə məsuliyyət daşıyırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.