AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran XİN rəhbəri: Regional məsələlər sülh yolu ilə həll edilməlidir

  • + A
  • - A
  • 18-10-2024, 11:54

    İran XİN rəhbəri: Regional məsələlər sülh yolu ilə həll edilməlidir


    Mənim Türkiyəyə səfərim “3+3” formatında xarici işlər nazirlərinin ikinci görüşünə təsadüf edir.

    Bu barədə İran xarici işlər naziri Abbas Araqçi mediaya açıqlamasında bildirib.

    “Regional məsələləri müzakirə etmək üçün Türkiyə Prezidenti və xarici işlər naziri ilə görüşəcəyəm. Hazırda regionda, Qəzza və Livanda münaqişə təhlükəsi və müharibənin genişlənməsi ehtimalı barədə ümumi anlayış mövcuddur”, - XİN rəhbəri əlavə edib.

    Diplomat regional məsələlərin sülh yolu ilə həll edilməli olduğunu vurğulayıb: ““3+3” görüşləri Gürcüstanın iştirakı olmadan keçiriləcək, lakin regionun qalan ölkələri Qafqaz regionu məsələləri ilə bağlı danışıqlar aparmaq və koordinasiya etmək əzmində olduqlarını nümayiş etdiriblər.

    Biz regional məsələlərin sülh yolu ilə həll olunmasına, regionda təhlükəsizlik və siyasi tənzimləmələrin bölgəyə sülh və sabitlik gətirməsinə diqqət yetirməliyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR