AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Crocus”da terror aktı ilə bağlı 19 şəxsə qarşı cinayət işi ayrıca icraata verilib

  • + A
  • - A
  • Dünən, 18:00

    “Crocus”da terror aktı ilə bağlı 19 şəxsə qarşı cinayət işi ayrıca icraata verilib


    “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı 19 təqsirləndirilən şəxsə qarşı cinayət işi ayrıca icraata verilib.

    Bu, cinayət işinin materiallarında qeyd olunub.

    Terror aktını törədənlər və onların əlaltıları da daxil olmaqla, 19 təqsirləndirilən şəxsə qarşı cinayət işinin icraatı ayrılıb. Hazırda 27 təqsirləndirilən şəxs olmaqla 10 cinayət işi bir prosesdə birləşdirilib. Yaxın vaxtlarda iş üzrə 19 təqsirləndirilən şəxs materiallarla tanış olmağa başlayacaq.

    Cinayət işi üzrə məhkəmə-tibbi, ballistik, molekulyar genetik, yanğın-texniki, mühəndis-tikinti, barmaq izlərinin götürülməsi və s. olmaqla 1300-dən çox müxtəlif məhkəmə-tibbi ekspertiza təyin edilib.

    Cinayət işi üzrə istintaq müddəti mayın 22-dək uzadılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR